AZƏRTAC
Tərtər rayonunda 1132,9 ton dən üçün qarğıdalı istehsal olunub
24.09.2020 [14:10]KƏND TƏSƏRRÜFATI
Tərtər, 24 sentyabr, AZƏRTAC
Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri qarğıdalı yığımını başa çatdırıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AzFood-a bildirilib ki, yazda əkilmiş 223,5 hektar qarğıdalı sahəsindən 1132,9 ton məhsul toplanılıb. Hər hektarın məhsuldarlığı 50,7 sentnerdir. Bundan başqa, rayon ərazisində yem üçün yazda əkilmiş 40 hektar qarğıdalı sahəsinin də biçini başa çatıb, 4692 ton məhsul əldə edilib.
Tərtər rayonunda mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını təmin etmək üçün 407,6 hektarda təkrar qarğıdalı əkini aparılıb. Təkrar qarğıdalı əkini sahələrinin biçilməsi oktyabr ayında həyata keçiriləcək.