Alimlər 7 ən faydalı ərzağın adını açıqladı: Onların hamısı Azərbaycanda var

Dietoloq Kristina Andersson yeddi ucuz və faydalı ərzağın adını açıqlayıb.

Azfood Saglamolun.az-a istinadən xəbər verir ki, Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Svenska Dagbladet nəşri yazıb.

Həkim qida rasionuna məmnuniyyətlə qırmızı soğanı əlavə edir. Bu soğan vitaminlər və faydalı maddələrlə zəngindir, həmçinin bakterisid effektini ehtiva edir. Qırmızı soğanın tərkibində həmçinin bolluca antioksidantlar var.

Kələm isə orqanizmi xərçəngdən qoruyan kükürd tərkibli maddələrlə zəngindir. Mədə xəstəliklərindən əziyyət çəkənlər bu tərəvəzi çiy halda deyil, bişmiş halda yeməlidir.

Anderssonun dediyinə görə, kartof dietik qida sayılır. Bu tərəvəz orqanizmə daha az kalori versə də, adamı tox tutur.

Tibb mütəxəssisi kökümeyvəli bitkilərin də son dərəcə faydalı olduğu qənaətindədir. Kök, turp və çuğundurun müxtəlif növləri özündə çoxlu mineralları toplayır, yaxşı karbohidrat və bitki lifləri mənbəyi hesab olunur.

Yulafda beta-qlükan adlı xüsusi tip faydalı qida lifi var ki, o da qanda şəkərin və xolesterinin səviyyəsini normada saxlayır. Dietoloq hesab edir ki, taxıl bitkilərində qidalı elementlərin sayı çoxdur.

Lobya, noxud və mərcimək kimi paxlalılar zülal və minerallarla zəngindir. Andersson qeyd edir ki, konservləşdirilmiş lobya öz qidalandırıcılıq qabiliyyətini nəinki itirir, hətta daha da qiymətli qida halına gəlir.

Yumurtada isə çoxlu qida maddələri toplaşıb. Dietoloq onları təbii multivitaminlər adlandırır. Demək olar ki, insan orqanizminə lazım olan bütün mineral və vitaminlər, eləcə də faydalı yağlar və antioksidantlar yumurtanın tərkibində mövcuddur.

Samir

Next Post

Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış

Ça Sen 22 , 2020
Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq […]