Xolesterini salan, qaraciyəri piylənmədən qoruyan UCUZ MƏHSUL

Bəzən ən adi və ucuz məhsullar orqanizmə olduqca faydalı təsir edir, sağlamlığı qorumağa yardım edir. Belə məhsullardan biri yulaf yarmasıdır.

AzFood.az xarici KİV-lərə istinadən bildirir ki, adi yulaf yarması qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmdə iltihabı azaldır, arıqlamağa kömək edir, həzm proseslərini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Bütün bu möcüzəvi dəyişikliklər üçün sadəcə hər gün 1 boşqab yulaf yarması (“gerkules”) sıyığını yemək lazımdır. Təbii ki, sıyığa yağ və şəkər əlavə olunmur. Mütəxəssislər sıyığa kəsmik, az miqdarda bal, meyvə quruları (kişmiş, ərik qurusu, əncir qurusu, qara gavalı), çərəzləri əlavə etməyi tövsiyə edirlər. Bu sıyığın orqanizmə olan faydalı təsirini daha da artıracaq.

Nurlan

Next Post

"COVID-19 statistikaları insanlarda güclü stress yaradıb" - Psixoloq çıxış yollarından danışıb

Ca Sen 17 , 2020
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq. Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib. O vurğulayıb ki, vəziyyət daha da çətin olacaq: “Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir”. Bəs bu tip məlumatlar insan psixologiyasına necə təsir göstərir? Azfood […]