Bu rayonda istehsal edilən kartofun yarıdan çoxu Rusiyaya ixrac olunub

Son illər Cəlilabad rayonunda ənənəvi təsərrüfat sahələrindən olan kartofçuluğun inkişafına diqqət artıb. Aqrar bölmədə çalışanlara göstərilən dövlət dəstəyindən yararlanan fermer və məhsul istehsalçıları kartof sahələrini ildən-ilə genişləndirirlər.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Azfood-a verilən məlumata əsasən, bu il rayonda açıq sahələrdə əkilmiş kartof yığımı başa çatıb. 5320 hektar sahədən 135 min 660 ton kartof yığılıb. Kartof sahələrinin hər hektarından götürülən məhsuldarlıq 255 sentner təşkil edib.

Rayonda istehsal olunan kartof məhsulu yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərilib. Bu il Cəlilabadda yetişdirilmiş kartofun yarıdan çoxu – 69 min tonu Rusiyaya ixrac edilib.

Qeyd edək ki, ötən il Cəlilabadda 129 min ton kartof məhsulu istehsal olunub.

Nurlan

Next Post

Qədim slavyan UZVAR. Faydalı və müalicəvi içki

Şb Sen 12 , 2020
Bu içki bir çox slavyan xalqlarının mətbəxlərində var. Uzvar rus sözü “варить” (“bişirmək”) sözündən yaranıb.   Lakin əslində bu içki bişirilmir, dəmlənilir ki, nəticədə tərkibində olan bütün fayadalı maddələr dağılmır, saxlanılır.     Soyuq fəsillərdə insan orqanzimində vitamin və mineral defisiti yaranır. Bu faydalı içki orqanizmə ona lazım olan vitamin […]