“Fermer bu məbləğdə subsidiyanı plantasiyanın salındığı ilk 7 il ərzində alacaq”

Gələn ildən başlayaraq çay plantasiyalarına əkin subsidiyası veriləcək. Plantasiyaların hər hektarına görə fermerə hər il 700 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Fermer bu məbləğdə subsidiyanı plantasiyanın salındığı ilk 7 il ərzində alacaq.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, çay bitkisinin məhsula düşməyə başladığı 8-ci ildən etibarən isə subsidiya 1,2 əmsalla, yəni hər hektara 240 manat olmaqla veriləcək. Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış çay plantasiyalarına şamil edilir.

“Çay bitkisi üçün 7 illik yüksək əmsallı (3,5) dəstək subsidiyasının müəyyənləşməsi dövlətin çayçılığın inkişafında maraqlı olması ilə bağlıdır. Bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi ixrac potensialı yüksək olan bitkiçilik məhsullarının istehsalını artırmış olacaq”, – deyə o əlavə edib. (Azərtac)

AzFood

Next Post

AzTU və "166 Global Logistics"arasında əməkdaşlıq müqaviləsi imzalandı

Ç Sen 25 , 2019