Gül kələminin 10 faydası – Bu xəstələr üçün çarədir

Gül kələmi digər kələm növləri arasında ən faydalısıdır. Hazırda mövsümüdür və onu bacardıqca çox yeyin.

Azfood.az Saglamolun.az-a istinadən bu kələmin hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir:

1. Bir stəkan çiy gül kələmi gündəlik C vitamini ehtiyacının yüzdə 50-ni, folat ehtiyacının yüzdə 14-nü, A vitamini ehtiyacının yüzdə 11-ni və pəhriz lifi ehtiyacının da yüzdə 9-nu təmin edir.

2. Qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.

3. Çox güclü antioksidantdir, xroniki xəstəliklərin və o cümlədən xərçəngin inkişafı riskini azaldır.

4. Xolesterinin aşağı düşməsinə kömək edir.

5. Kalium sayəsində ürəyin sağlamlığını qoruyur.

6. Liflərlə zəngin olan gül kələmi bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

7. Gül kələmi C vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, damarları daha möhkəm və elastik edir.

8. Hər ay 3 dəfə gül kələmindən istifadə etmək sidik kisəsi xərçənginə tutulma riskini 40 faiz azaldır.

9. Ağciyər xərçəngindən qoruyur

10. Uşaqlar üçün çox faydalıdır.

Səma Fərzəli

Next Post

Çayı səhv dəmlədikdə, zəhərə çevrilir– Alman alimlərindən XƏBƏRDARLIQ

Şb Sen 26 , 2020
Çay dəmləyərkən yol verilən bu səhvlər faydalı hesab edilən içkini, zərərli zəhərə çevilə bilər. Bunu Alman riskləri dəyərləndirmə institutunun ekspertləri bildirib. AzFood xəbər verir ki, onlar qeyd edib ki, müasir insanlar çayı düzgün dəmləmir, hətta qutunun üzərində istehsalçıların təlimatını da oxumur, əməl etmir. Halbuki çay dəmlənməsində bir qaydanın pozulması onu […]