Bu rayonda 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Zaqatala rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək təsərrüfatlarda 2500 hektardan çox sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 70-dək şum traktoru cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə AzFood-a Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, payızlıq bitkilərin səpininə sentyabrın üçüncü ongünlüyündə başlamaq nəzərdə tutulur.

Xatırladaq ki, builki mövsümdə zaqatalalı fermerlər 11 min 320 hektar taxıl sahəsindən 35 min 50 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

Nurlan

Next Post

Bu qidanı yeyərək ürəyinizi qoruyun

C Avq 28 , 2020
Ürək xəstəlikləri son dövrün ən çox rast gəlinən xəstəlikləri sırasındadır. Bu səbəbdən də, insanlar təbii qidalarla bu xəstəliyi müalicə etmək istəyirlər. Həmin qidalardan biri də turpdur. Turp yeyərək, ürəyinizi qoruya bilərsiniz. AzFood.az bildirir ki, bol vitamin ehtiva edən turpun sağlamlığa çoxlu faydasının olduğunu deyən ekspertlər bu mövzu barəsində ətraflı məlumat […]