Azərbaycanda kolbasa istehsalı – 35,6% ARTIB

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kolbasa istehsalı 35,6% artıb.

Azfood.az fed.az-a istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında ölkədə 13 min 527,8 ton kolbasa istehsal edilib.

Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,6% çoxdur. Təkcə iyul ayında 2011 ton kolbasa istehsal edilib.

2020-ci il avqust ayının 1-nə olan məluamat görə, 15,1 ton kolbasa məhsulu ehtiyatda qalıb.

Həmçinin qeyd edək ki, digər qida mallarında da artım qeydə alınıb. Belə ki, qaymaq xama istehsalında 7,2%, pendir və kəsmikdə 2,6%, kərə yağında 1,5%, çörək istehsalında 1,4% artım qeydə alınıb.

Səma Fərzəli

Next Post

Boyaqotu köklərinin faydası nələrdir?

Şb Avq 22 , 2020
Lap qədim zamanlardan Yunanıstan, Roma, Misir və İranın sənətkar və ustaları boyaqotu kökünü yüksək qiymətləndirir və ondan uzun müddət davamlılığı olan rəng əldə edirdilər. Qədim zamanlarda boyaqotu yun, ipək, pambıq parçaların, sapların boyanmasında tətbiq edilən yeganə keyfiyyətli vasitə idi. Hətta müasir dövrdə də ondan boyaq məqsədilə istifadə edirlər. Azfood.az milli.az-a […]