Qidalanmada etdiyimiz 5 ƏN CİDDİ SƏHV - Azfood
 

Qidalanmada etdiyimiz 5 ƏN CİDDİ SƏHV

Elmi araşdırmalar sübut edir ki, düzgün olmayan qidalanma bir çox xəstəliklərin əsas səbəblərindən biridir.

Əksinə isə sağlam və tamdəyərli qidalanma insanı xəstəliklərdən qoruyur, ömrünü uzadır. Bəzən biz bilmədən qidalanmamızda çox ciddi səhvlərə yol veririk:

1. Çox yemək. AzFood.az bildirir ki, müasir insanların həyat tərzi (avtomobil, məişət texnikası, ofis işi və s.) çox kalori sərf etməyə şərait yaratmır. Lakin buna baxmayaraq insanlar onlara lazım olandan qat-qat çox kalori istehlak edir. Bu kalorilər sərf edilmir və artıq kilolara çevrilir. Mütəxəssislərin hesablamalarına görə, qadın üçün gün ərzində orta hesabla 1800, kişi üçün 2200 kalori kifayətdir.

2. Gündə 3 dəfə qidalanmaq. Artıq çoxdan sübut olunub ki, gündə 3 dəfə qida qəbul etmək düzgün deyil. Bu zaman insanın həzm sistemi həddindən artıq yüklənir ki, bu da müxtəlif pozulmaların inkişafına gətirib çıxardır.

Mütəxəssislər gündə 5 dəfə qida qəbul etməyi tövsiyə edir. Bu zaman porsiyalar böyük olmamalıdır.

3. Səhər yeməyindən imtina etmək. Bu ən ciddi səhvlərdən biridir. Səhər yeməyindən imtina ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin (xüsusilə şəkərli diabetin) riskini artırır.

4. “Ağır” şam yeməyi. Bu artıq çəkinin və piylənmənin əsas səbəbidir. Axşam vaxtı insan daha az hərəkət edir ki, orqanizm qida ilə alınmış artıq kaloriləri yandırmır və bu kalorilər artıq kilolara çevrilir.

5. “Atıştırmalık” (müxtəlif çipslər, peçenye, konfet, vafli, “suxari” və s.). Bunlar gizli, “boş” kalorilərdir. 2 konfetdə olan kalori 1 boşqab tərəvəz salatında olan kalori qədərdir. Lakin tərəvəz salatı həm faydalıdır, həm də doyumlu, konfet isə yox. Bir çox insanlar hiss etmədən gün ərzində yüzlərlə belə “boş” kaloriləri istehlak edir.

AzFood

Next Post

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə

Şb Avq 22 , 2020
Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi vasitələrdən biridir. Bu qarışıq həqiqətən çox güclü müalicəvi təsirə malikdir. Bu qarışığın müxtəlif hazırlanma üsulları var – bal balqabaq şirəsi ilə qarışdırılır və ya balqabağın əti sobada bişirilir, əzilir və balla qarışdırılır. Lakin ən faydalı qarışıq hazırlamaq üçün təqdim etdiyimi tanınmış qədim […]