“Restoranlarda yalnız qida qəbulu zamanı maskalar çıxarıla bilər” – Baş infeksionist

“Vətəndaşlara kafe və restoranlara vacib hallarda getməyi tövsiyə edərdim”.

AzFood.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, insanlar ictimai iaşə obyektlərinə üz tutsalar belə, qoyulan qaydalara ciddi riayət etməlidirlər:

“Bu gündən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verildi. Ümumən çalışmaq lazımdır ki, ciddi bir səbəb olmadan restoranlara getməyək.

Müvəqqəti çətinlikdir və bunu qəbul etmək lazımdır. Həmin məkanlara getdikdə isə vətəndaşlar bu günə kimi Operativ Qərargahın qoyduğu qaydalara necə riayət edirdilərsə, eyni qaydada hərəkət etməlidirlər.

Ara məsafəsi gözləmək, gigiyena qaydalarına riayət etmək və çox sıx təmas yaranırsa, hökmən maskadan istifadə etmək lazımdır. Yalnız masa arxasında əyləşərkən qida qəbulu zamanı maskalar çıxarıla bilər. Hər kəs bu qaydaları gözləməlidir”.

Qeyd edək ki, avqustun 18-dən etibarən Nazirlər Kabinetinin qərarına görə, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) fəaliyyətinə icazə verilib.

Vüsalə Aslan

Next Post

Astarada əkin sahələrinin suvarılmasında heç bir problem yoxdur

Ca Avq 20 , 2020
Son illər Astara rayonunda ənənəvi təsərrüfat sahələri olan çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Sututarlara yaxın ərazilərdə və çay vadilərində çəltik, rayonun dağlıq ərazisində meşə ilə örtülü olmayan torpaqlarda isə sitrus bitkiləri əkilib. Rayonun 4519 hektar əkin sahəsini suvarma suyu ilə Astara Suvarma Sistemləri İdarəsi […]