Karantin dövründə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə diqqət edilməlidir

Koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisələrdə bir sıra zəruri qaydalara əməl edilməlidir. Müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməlidir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

İctimai iaşə müəssisəsinin ərazisi, qida qəbulu yerləri, anbarlar qapı və qapı tutacaqları, pəncərə və pəncərə altlıqları, döşəmə və divar səthləri, sanitar qovşaqlar, tullantıların yığıldığı sahələr və tullantı qabları, həmçinin masa və stulların səthi, mətbəxin ərazisi və avadanlıqlar mütləq dezinfeksiya edilməlidir. Dezinfeksiya işləri həyata keçirilərkən səthlərdə və məkanda istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələrin təlimatına uyğun olaraq tətbiqinə riayət edilməlidir. Belə ki, dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır. Dezinfeksiya işlərinin aparıldığı mühit mütləq havalandırılmalıdır.

Azfood.az

Səma Fərzəli

Next Post

Qubada dağ çayları üzərində inşa olunacaq su anbarları beş rayonda suvarma işlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq

Ç Avq 19 , 2020
Yeni yaradılacaq Qudiyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay su anbarları ölkəmizin şimal rayonlarında mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsində mühüm rol oynayacaq. AzFood.az xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən iyulun 27-də imzalanan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” […]