Koronavirusdan qorunmaq üçün 5 MƏHSUL. Diyetoloq tövsiyyə edir

Düzgün və sağlam qidalanma güclü immunitetin təməlidir. Koronavirusa yoluxmanın riskini azaltmaq üçün qidalanmaya hansı məhsulları daxil etməliyik?

Rusiyanın “Здоровое питание” (“Sağlam qidalanma”) Milli tədqiqat mərkəzinin diyetoloqu Zinaida Medvedeva mövcud olan elmi məlumatları analiz etdikdən sonra koronavirusa qarşı immuniteti gücləndirə biləcək məhsulların siyahısını tərtib edib.

Azfood.az Milli.Az-a istinadən oxucularına bu siyahını təqdim edir:

1. Göbələk. Bu məhsul həm ümumi immuniteti möhkəmləndirir, həm də ağız suyunda olan immun hüceyrələrinin qoruyucu təsirini artırır. Selikli qişalar orqanizmi virus və mikroblardan qoruyan ilk müdafiə səddidir. Selikli qişalar yaxşı “işləyəndə” virus orqanizmə daxil ola bilmir.

İmmunitet üçün vacib olan zülaldan əlavə göbələk selenlə zəngindir. Selen immun sisteminin normal fəaliyyətində böyük rol oyanyır.

2. Brokkoli kələmi. Bildiyimiz kimi, immunitet bağırsaqların sağlamlığı ilə sıx əlaqəlidir. Brokkoli bağırsaqlar üçün ən faydalı məhsul sayılır. Brokkoli hətta bağırsaq xərçənginin qarşısını alır.

3. Zeytun yağı. Bu məhsul immun hüceyrələrinin sayını və onların aktivliyini artırır. Zeytun yağının tərkibində olan bioloji aktiv maddələr “polifenollar” orqanizmdə ümumi iltihabın səviyyəsini azaldır. Bu isə orqanizmin koronavirusla mübarizədə çox böyük rol oynayır.

Həmçinin zeytun yağı orqanizmdə “pis” xolesterinin səviyyəsini salır və bununla da damarların sağlamlığını və elastikliyini qoruyur. Elmi araşdırmalar göstərir ki, “extra virgin” zeytun yağı ateroskleroz, artrit, diabet, piylənmə, bağırsaq və neyrodegenerativ xəstəliklərin riskini azaldır.

4. Nar şirəsi. Bu şirə immun cavabını artıran “akkermansia” bağırsaq bakteriyasının sayını artırır. Alimlər sübut edir ki, hər gün 1 stəkan nar şirəsi içən insanın immun sistemi infeksiyaya qarşı daha davamlı olur.

5. Qaragilə. Bu giləmeyvə immun hüceyrələrinin aktivliyini artırır və bununla da orqanizmin koronavirusa qarşı olan davamlılığını artırır.

Səma Fərzəli

Next Post

Qanda şəkəri, xolesterini salan, ürəyi qoruyan İDEAL MƏHSUL

Bz Avq 16 , 2020
Qanda şəkərin artıqlığı şəkərli diabet və ürək xəstəliklərinin riskini artırır. Şəkər damarların daxili divarlarını zədələyərək ürək xəstəlikləri, insult və infarktın əsas səbəbi olan aterosklerozun inkişafını xeyli sürətləndirir. Bildiyimiz kimi, ateroskleroz xəstəliyi zamanı damarlarda artıq xolesterin yığılır. Aterosklerozun inkişafı üçün 2 faktorun olması lazımdır – qanda artıq xolesterin və iltihablaşmış damarlar. […]