Qaydanı pozan restoranlar bağlanacaq – RƏSMİ

Karantin rejimində yumşalmalar tətbiq olunur və açıq havada fəaliyyət göstərən xidmət sahələrinin də açılması bu qaydalara daxildir.

Azfood.az publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, iaşə müəssisələrində axşam saat 22:00-dan sonra xidmət göstərilməsinə imkan verilmir:

“Təsərrüfat sahələrində işçilər tibbi maskalardan istifadə etməli və onların tibbi maskadan istifadə etməsinə nəzarət olunmalıdır. Eyni zamanda giriş-çıxışa dezinfeksiya məhlulları qoyulmalıdır. Maskasız müştərilər müəssisəyə buraxılmamalıdır. İş saatının bitməsinə ciddi nəzarət olunacaq. Bu tələblərin pozulmasına görə qanunla müəyyən olunmuş cərimələr tətbiq ediləcək. Belə ki, fiziki şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə ödəyəcək. Qayda ikinci dəfə pozulduğu zaman isə cərimələrin miqdarı iki qat artırılacaq. Qaydanın pozulmasından asılı olaraq şəxslər cinayət məsuliyyətinə də cəlb oluna bilər. Açıq havada fəaliyyət göstərən iaşə müəssisələri ən azı 3 tərəfdən açıq havada olmalıdır”.

Onun sözlərinə görə, əgər iaşə obyektləri vaxtaşırı qaydaları pozarsa, onların fəaliyyəti dayandırılacaq.

Səma Fərzəli

Next Post

Ürəyi, yaddaşı, immuniteti gücləndirir – Kiçik yumurtanın böyük FAYDALARI

Şb Avq 15 , 2020
Mətbəxlərdə toyuq yumurtası qədər istifadə olunmasa da, bildirçin yumurtası kiçikliyinə rəğmən böyük faydaları ilə bizləri heyrətə salır. Bildirçin yumurtası kiçik ölçüsünə baxmayaraq, digər yumurtalardan daha çox protein və amin turşularına malikdir. Xərçəngdən qripə qədər bir çox xəstəliklə savaşan bildirçin yumurtası immunitet sistemini gücləndirir. AzFood.az bildirçin yumurtasının insan orqanizminə faydalarını sadalayır. […]