AQTA daha 58 obyektdə qayda pozuntuları aşkarlayıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən avqustun 10-da Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 128 ictimai iaşə obyekti, 59 ərzaq satışı mağazası olmaqla ümumilikdə 187 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 58-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Report.az

Səma Fərzəli

Next Post

Düyünün ölümcül təhlükəsi açıqlandı

Ça Avq 11 , 2020
İngilis alimləri ürək-damar xəstəliklərinin artması riskini düyünün istifadəsi ilə əlaqələndirirlər. AzFood.az xəbər verir ki, müvafiq tədqiqatın nəticələri “Science of the Total Environment” jurnalında dərc edilib. Düyü özündə sonradan insan orqanizminə daxil olan toksinləri və arseni toplaya bilir. Arsen ürək və qan damarları üçün təhlükəli hesab edilir. Mütəxəssislərin fikrincə, hətta kiçik […]