Musiqi ilə məşq edin, o zaman…

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Azfood.az sputnik.az-a istinadən xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

“Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır”, – deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

Səma Fərzəli

Next Post

Sağlam bir həyat tərzi ilə bağlı fikirlər necə dəyişdi

Be Avq 10 , 2020
Qida 2010 2010-cu ilin sonlarında ABŞ Səhiyyə Nazirliyi, qidalanma qaydalarının yenidən işlənmiş bir versiyasını nəşr etdi. Müxtəlif meyvə, tərəvəz və bütün dənli bitkilər yemək üçün vaxt sınanan tövsiyələrlə yanaşı, bunlar da var: diyetdə doymuş yağ miqdarını istehlak edilən kalorilərin 10% -ə qədər azaldın; daha az yağlı süd məhsulları yeyin; xolesterol […]