Sadəcə bu qidalarla immunitetinizi gücləndirə, xəstəliklərə qalib gələ bilərsiniz

Sadəcə təbii qidalar qəbul edərək xəstəliklərdən qorunmaq və immun sistemini qüvvətləndirmək mümkündür.

AzFood.az xəbər verir ki, yeganə şərt insanın öz orqanizmini tanıması və hansı qidaya nə qədər ehtiyac duyduğunu bilməsidir.

Mütəxəssislər hər qidadan yetərli miqdarda və ölçülü formada yeyilməsini məsləhət görür. Bunun səbəbi hər qidanın fərqli dəyərlərə sahib olması və orqanizmin bütün qidalara olan ehtiyacıdır.

Ürək-damar sağlamlığını qoruyan qidalar:

– Nar

– Çiy badam, qoz, fındıq və bu kimi çərəzlər

– Yulaf

– Pomidor, qırmızı bibər, qırmızı kələm, kök

– İspanaq, brokkoli, portağal, limon, naringi, banan

– Zeytun yağı

– Gündə 1 fincan yaşıl çay, qəhvə

Bağırsağın sağlamlığını qoruyan qidalar:

– Noxud, lobya, mərci

– Qatıq, pendir, turşu, kefir

– Çiy badam

– İspanaq, brokkoli

– Balıq

– Alma, banan

Ağciyəri qoruyan qidalar:

– Qara üzüm

– Sarıkök

– Çərəz

– Sarımsaq

– Kələm

– Brokkoli

– Balqabaq

– Kivi

– Portağal

– Çuğundur

– Zəncəfil

Dərini qoruyan qidalar:

– Yaşıl çay

– Brokkoli, ispanaq, avokado və yaşıl yarpaqlı tərəvəzlər

– Limon, portağal

– Fındıq, badam

– Zeytun yağı

– Balıq

– Qara şokolad

– Yumurta, qatıq

Sümüklərin inkişafını təmin edən qidalar:

– Süd, pendir, qatıq

– Balıq

– Noxud

– Fıstıq, qoz, badam

– Kələm, brokkoli

– Yumurta

– Lobya, mərci

– Göbələk

– Qırmızı ət.

Nurlan

Next Post

Koronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir?

Ça Avq 4 , 2020
Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir. AzFood.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Tatyana Rıbka “Rossiyskaya qazeta” ya müsahibəsində danışıb. Həkim həmçinin COVID-19-dan sağalanlara istirahət rejiminə riayət etmələrini və daha çox gəzmələrini tövsiyə edib. Eyni zamanda, o, xəstəliyə yeni […]