Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 206,7 mln. manat təşkil edib ki, onun da 2 557,0 mln. manatı heyvandarlıq, 2 649,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Azfood.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 9,2% artıb.

AzFood

Next Post

AQTA elmi araşdırmalara başlayıb

Be Sen 16 , 2019