“Kafe və restoranların açılması ilə bağlı layihələr var”

“Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik”.

AzFood.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, sərt karantin rejimində tibb müəssisələri səfərbər edilib, təchizat təmin olunub:

“Bundan sonra yumşaldılma və əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi mərhələsindəyik. Bütün mərhələlər üçün qaydalar hazırlanıb. Əgər biz qaydalara əməl etsək, nə rayonlarda kafe və restoranlarda, nə Bakıda metroda, nə də digər müəssisələrdə yoluxma olar. Kafe və restoranların açılması ilə bağlı layihələr var”.

Nurlan

Next Post

Albalı şirəsi. Ürək, qan və oynaqlar üçün faydalı

Ç İyl 29 , 2020
Albalı şirəsi faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində A, C, E, P, B qrupu, fol turşusu kimi vitaminlər, kalsium, kalium, maqnezium, fosfor, dəmir kimi minerallar var. Həmçinin albalı şirəsi antioksidantlar, orqanik turşular, kumarin, antosian və pektinlər, büzücü maddələrlə zəngindir. AzFood.az bildirir ki, albalı şirəsi müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üçün […]