Təzyiqi 2 həftəyə salmaq üçün hər gün bu meyvəni yeyin

Yüksək təzyiqdən əziyyət çəkənlər müəyyən pəhriz saxlamalıdır. Bu dərmanların qəbulu ilə yanaşı təzyiqi normada saxlamağa yardım edir. Bəzi qida məhsulları təzyiqi tənzimləməkdə çempion sayılır.

Belə məhsullardan biri banandır.

Amerika Kardioloji Assosiasiyasının (AHA) mütəxəssisləri hipertoniyadan əziyyət çəkənllərə hər səhər yeməyi zamanı banan yeməyi tövsiyə edirlər.

Banan kaliumla zəngindir. Kalium damarları genişləndirir və bununla da təzyiqi aşağı salmağa yardım edir. Həmçinin kalium ürək əzələsinin sağlamlığını qoruyur, onun fəaliyyətini yaxşılaşdırır.

Azfood Saglamolun.az və Express Health nəşrinə istinadla bildirir ki, alimlərin fikrinə görə hipertoniklərin səhər yeməyinə banan və qatıq (yoqurt) daxil olmalıdır.

Current Science tibb jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 2 banan yeyən insanlarda 2 həftədən sonra təzyiq 10% aşağı düşüb.

Samir

Next Post

Hamının maraqlandığı suala ƏN DOĞRU cavab: qohumla ailə həyatı qurmaq düzgündürmü?

Be İyl 20 , 2020
“Deyirlər, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib”, “A bala, gəl özümüzkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü atmaz” kimi deyimləri tez-tez eşidirik. Yüz illərdir bu deyimlərə uyğun ailələr qurulur. Yəni, qan qohumları olan əmi, dayı, xala, bibi uşaqları evlənirlər. Bu hala təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də rast gəlinir. Dünya […]