AQTA qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət-özəl sektor əməkdaşlığını inkişaf etdirir

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəl sektor əməkdaşlığı inkişaf etdirilir. Azfood.az informasiya agentliyi foodinfo.az-a istinadən xəbər verir ki, Dövlət  Proqramında qida təhlükəsizliyi sahəsində dövlət-özəl sektor əməkdaşlığı üzrə platformaların yaradılması istiqamətində fəaliyyətlər nəzərdə tutulub. Belə ki, Kodeks Alimentarius və Bitki sağlamlığı üzrə işçi qrupların görüşlərinə özəl sektor cəlb edilib. Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP və digər beynəlxalq standartların) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirləri icra edilib. Bu istiqamətdə məsləhət xidmətləri göstərilib, təlimlər keçirilib. Dövlət Proqramının icrası çərçivəsində AQTA tərəfindən baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verən özəl heyvan kəsimi və satışı mərkəzlərinin yaradılmasına texniki dəstək göstərilib, yeni kəsim məntəqələrinin layihələndirilməsi işləri aparılıb.

Samir

Next Post

Hər gün qatıq yeyərək bu xəstəlikdən SIĞORTALANIN

Bz İyl 19 , 2020
Hər yaşda rahat şəkildə yeyilə bilən qatığın faydalarından az-çox məlumatınız var. Bu faydalı süd məhsulunun daha bir xeyirli tərəfi ortaya çıxıb. AzFood.az xəbər verir ki, kalsium, B vitaminləri, potasiyum və maqneziyumla zəngin olan qatıqdan hər gün 2 su stəkanı qədər yemək, döş xərçəngi riksini azaldır. Aparılan bir araşdırma nəticəsində məlum […]