Bu qidaları əsla soyuducuya qoymayın – Təhlükə saçır, amma xəbəriniz olmur

Meyvə və tərəvəzlər vasitəsilə orqanizmin ehtiyac duyduğu vitaminlər, mineral və bir çox ünsürlərin tələbatını ödəyə bilirik. Təbii, bunun üçün onların da sağlığını qorumaq lazımdır. Bəzi meyvə və tərəvəzlərin əsla soyuducuya qoyulmaması məsləhət görülür. Bir çox qida soyuducuda xarab olmadan qalsa da, bəziləri tərkibindəki faydalı qida maddələrini itirir.

AzFood.az Publika.az-a istinadla soyuducuya qoyularkən təhlükə saçan qidaların siyahısını təqdim edir.

Pomidor

Pomidorun soyuducuda qumlu hala gələn quruluşu dadını azaldır. Sürətlə yumşalmağa başladığı üçün bakteriyalar əmələ gəlir və bu halda istifadə ediləndə sağlıqda problem yaradır.

Kartof

Dadı və toxumaları mənfi təsir görür. Kartof yavaş-yavaş çürüməyə başlayar, amma soyuducuda olduğu üçün görüntüsündə dəyişiklik olmaz. Buna görə də çürüdüyü bəlli olmaz.

Sarımsaq

Quru və sərin şəraitdə 3 ay boyunca olduğu kimi qalır. Soyuducuda ikən ətrafındakı hava anti-sarımsaq təsiri göstərir.

Kofe

Soyuducuda nəmlənir və ləzzətini itirir. Qısa müddət sonra boyatlayır.

Şirniyyatlar

Şəkərli qidaları soyuducudan uzaq saxlamaqda fayda var. Çünki onların ləzzəti və forması dəyişir.

Ananas

Ananas kimi tropik meyvələri soyuducuda saxlamaq qısa müddətdə çürüməsinə səbəb olur.

Qarpız

Soyuducu havası qarpızın tez müddətdə xarab olmasına səbəb olur.

Çörək

Bişmiş un məmulatları soyuducuda təzəliyini itirir.

Reyhan

Soyuducuya qoyulduğu andan etibarən rəngi, dadı və qoxusu dəyişir.

AzFood

Next Post

Salyanda istixanalardan 17 min tondan çox pomidor yığılıb

Şb İyl 11 , 2020
Salyanda son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər. AzFood.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, xeyli vaxtdır rayonun […]