Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq? - Azfood
 

Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?

Məlumdur ki, bir çox qida məhsulları  düzgün qaydada bişmədikdə demək olar bütün vitaminlərini itirir.

Bu isə gündəlik olaraq qəbul etdiyimiz yeməklərin vitaminsiz olduğuna gətirir. Nəzərə alsaq ki, bir çox insanlar gün ərzində təbii meyvə və tərəvəzləri yemirlər,o halda gün ərzində orqanizm lazımı vitamin və minerallardan məhrum olmuş olur. Bunun isə sağlamlıq üçün nə qədər təhlükəli olduğunu bilərək, sizə, məhsullarda vitaminlərin necə qorunması haqda bir neçə qaydanı təqdim edirik:

AzFood.az bildirir ki, məhsulları qaranlıq və sərin yerdə saxlamaq daha məqsədə uyğundur.

– Meyvə, tərəvəz və göyərtini uzunmüddət suda saxlamayın.

– Məhsulları həm saxladıqda, həmçinin bişirmək üçün hazırladıqda günəş işığı altında saxlamayın.

– Öncədən məhsulları doğramayın, əti ətmaşınından yalnız bişirdiyiniz zaman çəkin.

– Ət və balığı falqaya bükərək sobada bişirdikdə onlarda daha çox vitamin saxlamış oluruq. Unutmayın mikrodalğalı soba xeyirli qidanın düşmənidir.

– Çalışın məhsulları qaynatmaq əvəzinə buxar maşınından istifadə edin.

– Ətin buzunu soyuducunun aşağı sektorunda və ya otaqda açmağa çalışın, onu suya qoymayın.

– Paxlalı fəsiləsinə aid məhsulların bişdiyi su vitmin və minerallarla zəngin olduğundan onu atmayın, yeməkdə istifadə etməyə çalışın.

– Tərəvəzləri suda bişirdikdə, onları artıq qaynayan suyun içinə atın və qapağı bağlı saxlayın. Belə halda daha az vitamin itimiş olurlar.

– Bişirilən yeməyi çox qarışdırmayın.

– Çalışın yeməkləri  az porsiyada, yalnız təzə- təzə bişirin. Bişirilən yeməyi çox saxlamayın.

Sonda isə məsləhətimiz odur ki, gün ərzində qida rasionunuzda  mümkün qədər çox  təbii meyvə və tərəvəzlərə üstünlük verin…

AzFood

Next Post

Qarağat çayı ilə yüksək təzyiqi müalicə edin

Be İyn 29 , 2020
Qarağat və qaragat yarpaqları xalq təbabətində yüksək təzyiqi salmaq üçün çox geniş istifadə olunur. AzFood.az oxucularına təzyiqi tənzimləyən faydalı qara qarağat çayının reseptini təqdim edir. Üç x.q. qara qaragatı əzin, termosa tökün, 10 nanə yarpağını əlavə edin, üzərinə 2 stəkan isti su tökün, axşamdan səhər qədər dəmləyin. Səhər süzün və […]