AZGRANATA MMC alkoqollu içkilər sahəsində bir sıra yenilikləri tətbiq edib

AZGRANATA MMC 2011-ci ildə fəaliyyətə başlayan gənc müəssisə olsa da alkoqollu içkilər sahəsində aparılan elmi təhqiqat işlərinin nəcitəsində bir sıra yeniliklər tətbiq edilib.

MMC-dən Azfood.az-a verilən məlumatda qeyd edilir ki, müəssisədə ölkəmizdə ilk dəfə olaraq, Şotlandiya texnalogiyası əsasında viski istehsalına nail olunub.

Milli alkoqollu içkimiz olan Tut arağının yeni texnologiya ilə istehsalına başlanılıb. Belə ki, tutun saplağını və içərisində olan xırda tumlarını ayırmaqla, tutu fermentasiya prosesinə uğradaraq nəticədə daha keyfiyyətli bir məhsulu daxili və bir sıra xarici bazarlara çıxarılıb.

Daha bir milli alkoqollu içkimiz olan Zoğal arağının da yeni texnologiya ilə istehsalı AZGRANATA müəssisəsində gerçəkləşdi. Zoğalın tərkibində pektin maddələri çox olduğu üçün, zoğal arağının hazırlanmasında şəkər tozundan istifadə edilirdi. Lakin indi fərqli üsulla yəni pektinaza fermentindən istifadə edərək, pektin maddələrini parçalamaqla şəkər tozundan istifadə etmədən zoğal arağı istehsal edildi.
Türklərin milli alkoqollu içkisi olan Rakı istehsalına da ölkəmizdə ilk dəfə AZGRANATA müəssisəsi başlayıb. Rakı, əsasən konyak spirtindən və cirədən hazırlanır.

AZGRANATA müəssisəsi dünyada ilk dəfə olaraq tam yeni bir texnalogiya ilə vodka istehsalına başladı.

AZGRANATA MMC- də istehsal edilən vodkanın emal prosesində keçi südündən istifadə etməklə zəhərli maddələri vodkadan çıxarmaq üsulu tətbiq edildi. Həmçinin müəssisə vodka emalında təbii baldan, gümüş ionlardan və çovdar çörəyinin çövhərindən istifadə etdildi.

Azərbaycanda ilk dəfə olaraq tomatlı araq istehsalı da AZGRANATA MMC- də gerçəkləşdi.

Müəssisəyə aid orqanik nar bağlarından əldə edilən nar məhsulunun lentalı preslərdə sıxılması nəticəsində alınan təbii nar suyunun fermentasiya prosesindən sonra qazlaşdırılmış nar şərabı istehsal edildi.

AZGRANATA MMC- ölkə tarixində ilk dəfə alkoqolsuz (0%) şərabların istehsalı ilə də diqqətləri öz üzərinə çəkib. Belə ki, istehsal edilən ağ, qırmızı və çəhrəyı alkoqolsuz şərablar qısa zamanda daxili və xarici bazarlarda öz yerini tutub. Qeyd edək ki, alkoqolsuz şərab, alkoqollu şərabın vakuum avadanlığından keçirilməsi nəticəsində alınır.

Azərbaycanda ilk dəfə kolleksiya şərabını istehsal edərək satışa təqdim edən AZGRANATA MMC olub.

XIX-cu əsrdə Hummel qardaşları tərəfindən Gəncə şəhərində inşa edilən və yeraltı şərab anbarında 30 il palıd çəlləklərdə saxlanılan “Mil” ağ desert şərabı, Ağsu şəhərində yerləşən AZGRANATA müəssisəsinə gətirilib. Şərab burada soyuq üsulla süzülərək qablaşdırılıb.

AzFood

Next Post

Qənaətli istehsal üsullarına dair təlim keçiriləcək

Ca Sen 12 , 2019