Bu süd məhsulu qaraciyər üçün xeyirlidir – VİDEO

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

AzFood.az tibbi mənbələrə istinadla xəbər verir ki, kəsmik yağlılıq dərəcəsinə görə yağlı, yağsızlaşdırımış və pəhriz növlərinə bölünür. Diyetoloqların fikrincə, maddələr mübadiləsinin tənzimlənməsində xüsusi rol oynayan az yağlı məhsuldan istifadə daha məqsədəuyğundur.

Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir.

Onu yeni doğulan uşaqların qida rasionuna daxil etmək olmaz. Yalnız 6 aydan sonra vermək məsləhət görülür. Mütəxəssislər mənşəyi, hazırlanma şəraiti məlum olmayan, saxlanma müddəti ötmüş məhsulun sağlamlığa ciddi ziyan vurduğunu bildirilər. Elə buna görə də kəsmik alarkən bir sıra məqamlara mütləq diqqət yetirmək lazımdır. Hər şeydə olduğu kimi burada da ifrata varmaq məsləhət görülmür. Rasiona gündəlik olaraq 150-200 qram kəsmik əlavə edilə bilər.

AzFood

Next Post

Sərt karantin günlərində kənd təsərrüfatı və maldarlıq işləri necə olacaq? - Baş nazir təsdiqlədi

Şb İyn 20 , 2020
Sərt karantin günlərində kənd təsərrüfatı sahəsinə daxil edilən aşağıdakı xidmətlərin daimiliyi təmin olunacaq: Əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı Diri heyvanların kəsimi. Kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti Baytarlıq xidmətləri Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, […]