Balakənli təsərrüfatçılar bu il 425 hektar sahədə tütün yetişdirirlər

Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 389,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 32,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində yerli sort tütünün yarpağının dəriminə başlanılıb.

AzFood.az xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, rayonda ilk olaraq tütün yığımı Gərəkli kəndindən olan Ələddin Xıpıyevin təsərrüfatında aparılıb. “Virciniya” növlü tütünün yığımına isə yaxın günlərdə başlanılacaq.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün əkib, 512,3 ton quru tütün istehsal ediblər.

Nurlan

Next Post

Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin - RESEPTLƏR

Ca İyn 18 , 2020
Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur. Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar. AzFood.az həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edir: Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. […]