Kənd təsərrüfatının ümumi məhsulu faiz artıb

Respublikada kənd təsərrüfatı məhsullarının yığımına başlanıb.

Dövlət Statistika Komitəsindən AzFood-a bildirilib ki, iyunun 1-dək tarlalardan 57,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 63,1 faiz az taxıl, 196,1 min ton (13,7 faiz çox) kartof, 287,4 min ton (16,2 faiz çox) tərəvəz, 20,7 min ton (24,7 faiz çox) meyvə və giləmeyvə, 392 ton (22 faiz çox) yaşıl çay yarpağı yığılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 207,5 min ton, süd istehsalı 1,6 faiz artaraq 859,4 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 836,3 milyon ədəd, yun istehsalı 0,1 faiz artaraq 12,2 min ton və barama istehsalı 9,7 dəfə artaraq 18,3 ton olub.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5,3 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,2 faiz artıb.

Nurlan

Next Post

Bu çay süd vəzi xərçəngindən qoruyur

Şb İyn 13 , 2020
Sent-Luis Universitetinin (ABŞ) alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, Çində ən yayılmış çay növlərindən biri olan ulun çayı süd vəzi xərçəngindən qoruyur. Mütəxəssislər fikir veriblər ki, Çinin ən çox ulun çayı istehlak edilən Futszyan əyalətində ölkənin digər yerləri ilə müqayisədə süd vəzi xərçənginə 35% daha az rast gəlinir. AzFood.az […]