Uzun fasilədən sonra işə çıxanlar diqqətli olmalıdır – VİDEO

Azərbaycanda 8 günlük tətil və üç aya yaxın bir müddətdə xüsusi karantin rejiminin tətbiqi bir çox insanı işdən uzaq salmışdı.

Xəzər TV xəbər verir ki, artıq qaydaların yumşaldılması ilə həmin şəxslər işə çıxacaqlar.

Bu isə ilk növbədə iş şəraitində virusa yoluxmadan qorunmağı aktuallaşdırır.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, qapalı məkanlar virusun yayılması üçün ən riskli yerlərdir. Ona görə də sosial məsafə saxlamaq və maskalardan istifadə etmək vacibdir.

Vasif Əliyev bildirir ki, xüsusi karantin rejiminin yumşaldılması təhlükənin sovuşması demək deyil. Əksinə, yoluxma hallarının artması insanları daha məsuliyyətli olmağa sövq etməlidir.

Qeyd edək ki, uzun fasilədən sonra insanların yenidən işə çıxması həm də adaptasiya problemi yarada bilər. Çünki iş yerlərində həm də yeni qaydalar tətbiq ediləcək.

Psixoloq Elnur Rüstəmov deyir ki, iş yerlərində maska taxılması və sosial izolyasiya qaydalarına riayət edilməsi həm də psixoloji amillə bağlıdır. İlk növbədə rəhbər şəxslər buna əməl etməli və işçilərdən də tələb etməlidir. Digər bir məqam uzun müddətdir ki, görüşməyən işçilərin bir araya gəldikdə əl verib salamlaşması və öpüşərək görüşməsi də yolverilməzdir: “İnsanlar dərk etməlidir ki, bununla həm özlərini, həm də iş yoldaşlarını təhlükəyə atır”.

Saglamolun.Az

AzFood

Next Post

Minlərlə toyuğun arasında “qurdlu desant” necə peyda oldu?

Ça İyn 2 , 2020
Gəncədə “OBA” marketdə qurdlu toyuq satılması barədə yayılan yoxlanmamış məlumatlar təsdiqini tapmayıb. Bu barədə “OBA” Marketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzFood-a məlumat daxil olub. Bildirilir ki,  “OBA” Marketlər Şəbəkəsinin daimi müştərilərindən olan Azad Mustafayev adlı şəxs Gəncədə “OBA” filiallarından birində alış-veriş edərkən digər məhsullarla yanaşı aldığı “Cənub broyler”ə məxsus soyudulmuş təzə […]