Viruslardan qorunmaq üçün bu qidalara üstünlük verin – VİDEO

Həkim-dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıblar. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı gücləndirən element sinkdir. Bu mineralsız immun hüceyrələri, xüsusən leykositlər işləyə bilmir.

AzFood.az bildirir ki, sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.

Bundan başqa, C vitamini immun sistem üçün vacibdir. O, qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.

Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələri, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görürlər.

AzFood

Next Post

Kişi sağlamlığı üçün ən faydalı maddə

Ca May 21 , 2020
Pomidora qırmızı rəng bəxş edən “likopin” adlı piqment kişi sağlamlığı üçün ən faydalı maddələrdən biridir. Bu maddə spermatozoidlərin hərəkətliliyi və digər göstəricilərini xeyli yaxşılaşdırmağa yardım edir. Pomidordan əlavə likopin qarpız, qreypfrut və itburnuda da var. AzFood.az Rossiyskaya qazetaya istinadla bildirir ki, Şeffild Unversitetinin (Böyük Brİtaniya) alimləri 19-30 yaşlar arası 60 könüllülərin […]