“Azərtütün ASK” tərəfindən bu günədək şimal-qərb rayonlarında 983,2 hektar sahədə tütün əkilib

“Azərtütün ASK” MMC tərəfindən bu günədək respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 983,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 65,6 faizini təşkil edir.

AzFood.az xəbər verir ki, bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 189 fermerlə müqavilə bağlanılıb. Bağlanmış müqaviləyə əsasən, cari təsərrüfat ilində bu rayonlarda cəmiyyət tərəfindən 1499,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək Şəki rayonunda 306,15 hektar, Qaxda 177,7 hektar, Zaqatalada 311,81 hektar, Balakəndə isə 187,52 hektar sahəyə tütün şitilləri köçürülüb.

Nurlan

Next Post

Sabirabadda 9 min hektardan çox sahədə pambıq əkilib

Ç May 13 , 2020
Sabirabadda çiyid səpini başa çatıb. Ötən il 25 min 210 ton xam pambıq istehsal edən Sabirabadın “ağ qızıl” ustaları cari ildə də yüksək əhval- ruhiyə ilə çalışırlar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu mövsüm Sabirabadda 9 min 389 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min […]