Koronavirus qidadan keçə bilərmi?

Bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır.

Koronavirus yayılmasına şərait yaradan bir çox amil var. Bunlardan ən əsası mikrobların tənəffüs yolu ilə insandan-insana keçməsidir.

Ən çox müzakirə olunan məsələlərdən biri isə koronavirus qida məhsulları ilə yoluxub yoluxmamasıdır.

Ümundünya Səhiyyə Təşkilatı bu məsələyə aydınlıq gətirib.

ÜST-ün rəsmi saytında yerləşdirilən məlumata görə bu günə kimi heç bir ölkədə qidadan koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Bununla belə ÜST yenə də ehtiyyatlı olmağı tövsiyə edir.

ÜST ət məhsullarının – toyuğun, yumurtanın çox bişirilməsini, bütün məhsulların təmiz yuyularaq istifadəsini tövsiyə edir.

Bundan əlavə sulu yeməklər də 70 dərəcəyə qədər qaynadılmalıdır.

Vüsalə Aslan

Next Post

Kiçik meyvənin 7 böyük faydası

Be May 11 , 2020
Cənnət almasının faydaları saymaqla bitməz. Digər alma növlərində olduğu kimi cənnət almasının tərkibində də bir çox faydalı vitamin (A, C, PP, B) və minerallar (kalsium, mis, dəmir, sink, marqans və s.), pektinlər, fitonsidlər, antioksidantlar, büzücü maddələr və s. var. Lakin digər alma sortları ilə müqayisədə cənnət almasının tərkibində bioloji aktiv […]