Nikitin adına kolxozda taxıl sahələrinə herbisid çilənir

İsmayıllı rayonunun Nikitin adına kolxozunun taxıl zəmilərinə alaq otlarına və yabanı vələmirə qarşı herbisid çilənir.

AzFood.az xəbər verir ki, Nikitin adına kolxozda taxılçılıq aqrar sektorun əsas sahələrindəndir və cari ilin məhsulu üçün 3725 hektarda buğda və arpa əkilib. Əkin sahələri ötən ildəkinə nisbətən 450 hektar artırılıb.

Kolxozun mütəxəssisləri yüksək məhsuldarlıq üçün sahələrə lazımi aqrotexniki qulluq göstərilməsini təmin edirlər. Hazırda məhsuldarlığa ciddi təsir edən zərərvericilərə qarşı mübarizə aparılır. Mütəxəssislər builki mövsümdə zəmilərin hər hektarından 35 sentner məhsul götürmək əzmindədirlər.

Qeyd edək ki, kolxoz toxumçuluq üzrə ixtisaslaşıb. Kolxozun inzibati ərazisi olan İvanovka kəndində hazırda müasir tipli toxum zavodu tikilir. Burada 10 min tondan çox toxumun emal olunaraq saxlanılması nəzərdə tutulur.

Nurlan

Next Post

Bu rayonda 2735 hektar sahəyə çiyid əkiləcək

Ca Apr 30 , 2020
İqtisadiyyatının əsasını müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Goranboyda pambıq əkininə başlanılıb. Rayon icra hakimiyyətindən AzFood-a bildirilib ki, bu məqsədlə 2073,7 hektar sahədə çiyid səpini aparılıb. Ümumilikdə, cari ildə 2735,3 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Hazırda rayonda əkin işləri davam etdirilir. Çiyid səpinin aparılması üçün bütün lazımi […]