Topdan satış şirkəti vergini necə - ÖDƏMƏLİDİR? - Azfood
 

Topdan satış şirkəti vergini necə – ÖDƏMƏLİDİR?

Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Sadələşdirilmiş vergiödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azfood.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur.

Topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 2019-cu ilin yanvarından mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

AzFood

Next Post

“Özsüt” doyumcul səhər yeməyi menyusu təklif edir

C Avq 30 , 2019
“Özsüt” müştərilərinə günün istənilən saatı sifariş edə biləcəyiniz doyumcul səhər yeməyi menyusunu təklif edir.