Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb

Bir qrup gənc mətbəx mütəxəssislərinin təşəbbüsü ilə Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb.

Azfood.az xəbər verir ki, assosiasiyasının təsisçiləri aşpazlar Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və bloqer Fərhad Aşurbəylidir. Təşkilatın sədri isə Orxan Muxtarovdur.

Assosiasiyanın təsisçilərindən olan Fərhad Aşurbəylinin sözlərinə görə, birliyin yaradılmasında məqsəd Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirməkdir. Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadıçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var.

AzFood

Next Post

Nazirliyin gənc alim və tədqiqatçıları üçün seminar keçirilib

Ca Avq 29 , 2019