Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzindən çatdırılma xidməti

Son günlər hadisələr, yəni Covid-19 pandemiyası ilə mübarizə, sosial izolyasiya tədbirləri, karantin rejimi ilə əlaqədar olaraq insanların həyatına məhdudiyyətlər daxil olub. Bu məhdudiyyətlərdən biri də insanların mağazalardan rahat alış-veriş edə bilməməsidir. Bir çox insanlar ya mağazaya gedib alış-veriş edə, bir çoxusu isə aldıqlarını evinə gətirə bilmir. Belə bir zamanda vətəndaşların daha çox çatdırılma xidmətindən istifadə etməsi yaxşı olardı.

AzFood.az sizlərə “Sifariş etmək sizdən, çatdırmaq bizdən!” deyən yük daşımaları və sifarişləri 24/7 icra edən LSC-Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzi-ni məsləhət görür. LSC-Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzi operativ şəkildə, gigiyenik şəraitdə və ən əsası tez bir zamanda təcili çatdırmalar (aptekdən dərman vasitələri, kiçik bağlamalar və s.) və gün ərzində periodik olaraq marketlərdən evlərə sifarişlərin çatdırılmasını həyata keçirir.

Qeyd edək ki, LSC-Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzi 2019-cu ildə fəaliyyətə başlamışdır. Şirkət arzuolunan tendensiyada inkişaf etməyə və xidmətlər sahəsində genişlənməyə davam edən logistika xidmətləri göstərir.

Vüsalə Aslan

Next Post

“ASAN xidmət”in dəstəyi ilə şəffaf maskalar hazırlanıb

C Apr 24 , 2020
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 min ədəd şəffaf maska (üz sipəri) hazırlanıb. AzFood.az bildirir ki, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi […]