Hazırda dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və […]

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər. DİN Mətbuat Xidmətindən AzFood-a verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında fiziki şəxs Ağayev Bəşir Ələsgər oğluna məxsus pendir və yağ istehsalı müəssisəsinə baxış keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi […]

Qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AzFood-a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub. Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər: S/S Subyektin adı […]

Ağstafa rayonunda qanunvericiliyin tələblərini pozan ət satışı məntəqəsi aşkarlanıb. Bu barədə AQTA məlumat yayıb. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, fiziki şəxs Salahov Zaur Kaloğlan oğluna məxsus ət satışı mağazasına baxış keçirilib. Baxış zamanı mağazada tavanın tamlığının pozulduğu, ətlərin saxlanılması üçün temperatur […]

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq. Bu barədə AzFood-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. O deyib ki, hazırda qanun layihəsinin üzərində iş aparılır: “Sənədin ilkin variantının hazır olmasına baxmayaraq bəzi dəyişikliklərə ehtiyac var. İki-üç dəfə mənim də iştirak olmaqla İşçi qrupun iclası keçirilib. Bəzi […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri nəzarət tədbirləri çərçivəsində Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən, fiziki şəxs Nəcəfov Təşkilat Qüdrət oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, baxış zamanı süd qəbulu müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl etmədən və heç bir […]

“Zərərverici bitkidə olan, bitkinin məhsuldarlığına və keyfiyyət parametrlərinə təsir edən, onun məhsuldarlığını aşağı salan təbiətdə mövcud olan varlıqdır. Söhbət burada məhsulun insan üçün təhlükəli olmağından getmir”. Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib. E.Mikayılov bu […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. AQTA-dan AzFood-a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd […]