2020-ci ildə Azərbaycanda 24 201,6 ton kolbasa məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 36,5% çoxdur. Dövlət Statistika Komitəsindən AzFood-a verilən məlumata görə, digər qida məhsullarına gəldikdə, Azərbaycanda ötən il qaymaq və xama istehsalı azalıb, pendir və kəsmik istehsalı isə artıb. Belə ki, hesabat dövründə ölkədə 7 203,9 ton qaymaq […]

Ötən il Azərbaycan 82,6 milyon ABŞ dolları dəyərində 16,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 11 milyon ABŞ dolları (15,4 % ) və 2,8 min ton (19,8 %) çoxdur. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı […]

“Rusiyanın cənub bölgələrinin iqlimi Azərbaycanın iqliminə yaxındır, odur ki, bu ölkədə son bir neçə ildə pomidor istehsalına böyük investisiyalar yatırılıb. Biz də bu prosesləri izləyirik”. AzFood xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov son vaxtlar qonşu ölkəyə pomidor ixracında yaranmış çətinliklərə […]

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı “Aqara” şəkər zavodu istehsalı yenidən dayandırıb. AzFood xəbər verir ki, buna səbəb Gürcüstan hökumətinin istehsalın stimullaşdırılması üçün müəssisəyə təqdim etdiyi güzəştli müddətin ötən ilin sonunda başa çatmasıdır. Şirkətdən bildirilib ki, hazırda istehsal rentabelli deyil və güzəştlərin müddətinin uzadılması üçün hökumətlə danışıqlar aparılır. Danışıqlar uğurla nəticələnərsə, […]

“Azərsun Holdinq” MMC-yə məxsus “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin direktoru Fuad Məmmədov vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, şirkətə rəhbərlik Nəbi Paşayevə həvalə olunub. O, bundan əvvəl holdinqə məxsus “Padarçöl Aqropark”a rəhbərlik edib. Xatırladaq ki, “Kürdəmir Süd Emalı Zavodu” 2010-cu ildə yaradılıb, ölkənin aparıcı süd və süd məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

“SAB Azərbaycan” şirkətinin istehsalı olan “Səyyah” adlı kolbasadan şikayət var. AzFood xəbər verir ki, bu barədə müştərilərdən biri məlumat verib. “Davamlı olaraq “SAB” şirkətinin bu məhsulundan alırdım. Amma artıq almayacağam. Çünki kolbasanın içindən yad maddə çıxdı.” Müştəri deyir ki, bu barədə şirkətə məlumat verib. “Sosial şəbəkədə olan rəsmi səhifəyə də […]

Bakıda marketlərin birindən alınan saçaqlı pendirin içindən insan saçı çıxıb. AzFood xəbər verir ki, müştəri pendirin paketini açmamış şəffaf salafanın altında qəribə bir mənzərə ilə qarşılaşıb. Belə ki, paketin içindəki pendirlərin üzərində insan tükü olub. “Az Food” brendi altında məhsul istehsal edən şirkət yəqin ki, sanitariya qaydalarına əməl etmir. Fotonu […]

Bakıda müştəri aldığı çörəyin içindən plastik maddə çıxdığını idda edib. AzFood xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Belə ki, “№1 Çörək zavodu”na məxsus olan Borodino çörəyinin içindən plastik maddə çıxıb. Müştərinin sözlərinə görə bağlamanın üzərində olan əlaqə nömrələri ilə də heç bir şəkildə əlaqə yaratmaq olmayıb.

ABŞ-ın və dünyanın aparıcı içki istehsalçısı – “Coca-Cola” şirkəti 2,2 min işçisini ixtisar edəcək. Bunun 1,2 min nəfəri ABŞ-da, qalanı isə digər ölkələrdə işləyən şəxslər olacaq. “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ixtisarlar “Coca-Cola”nın koronavirus (COVID-19) pandemiyasının təsiri ilə iş modelində həyata keçirdiyi yenidənqurma çərçivəsində baş tutacaq. Bununla da, […]

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar”ın rekonstruksiyadan sonrakı görüntüsü yayılıb. Trend-in məlumatına görə, Səməd Vurğun küçəsində yerləşən bazar ötən ayın sonlarından sökülməyə başlanılıb. Həmin ərazidə isə daha müasir və standartlara cavab verən yeni bazarın tikiləcəyi açıqlanıb. Yeni bazarın görüntüsü də onu göstərir ki, “Təzə bazar”ın görünüşü əvvəlkindən xeyli fərqli […]