Bu ilin mart ayında Bakıda bal yarmarkasının təşkili planlaşdırılır. Bunu AzFood-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, yarmarkanın təşkili ilə bağlı arıçılar tərəfindən təkliflər irəli sürülüb: “Bu, əlbəttə, mövcud şəraitdən asılı olacaq. Çox istərdik, qısamüddətli olsa da, yarmarka təşkil olunsun. Məkana gəldikdə isə, yarmarkanın ənənəvi yerində […]

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AzFood-a bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay […]

Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq. Bu barədə AzFood-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər. Birinci halda […]

Dələduzluq etməkdə şübhəli bilinən şəxsləri polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzFood-a verilən məlumata görə, Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb. Gəncə […]

2020-ci ildə 100,3 min hektar sahədə pambıq, 11 min hektar sahədə dən üçün günəbaxan, 5 min hektar sahədə şəkər çuğunduru və 3,1 min hektar sahədə tütün əkilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dənlilərin və dənli paxlalı bitkilərin tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Ötən il istehsal olunmuş […]

İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib. AzFood xəbər verir ki, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək. Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı […]

2020-ci ildə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 591,1 min ton olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində süd istehsalı 1,9 faiz artaraq 2 milyon 192,5 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 1 milyard 906,2 milyon ədəd, yun istehsalı 0,2 faiz artaraq 16,1 min ton təşkil edib. […]

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 037,6 min ton kartof istehsal olunub. Dövlət Statistika Komitəsindən AzFood-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 3,3% artıb. Hesabat dövründə ölkədə 57 hektar sahədə kartof əkilib ki, bu da təxminən 2019-cu ilin göstəricisinə (56,9 hektar) bərabərdir. Xatırladaq ki, ötən ilin yanvar-noyabr […]

Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. AzFood bildirir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib. Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.