“Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”. AzFood xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib. Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: “Körfəz ölkələrinə ixrac üçün sahibkarların “Qlobal […]

Bu ilin mart ayında Bakıda bal yarmarkasının təşkili planlaşdırılır. Bunu AzFood-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, yarmarkanın təşkili ilə bağlı arıçılar tərəfindən təkliflər irəli sürülüb: “Bu, əlbəttə, mövcud şəraitdən asılı olacaq. Çox istərdik, qısamüddətli olsa da, yarmarka təşkil olunsun. Məkana gəldikdə isə, yarmarkanın ənənəvi yerində […]

2020-ci ildə Azərbaycan Gürcüstandan 10,7 milyon ABŞ dolları dəyərində 2 500 ton dondurulmuş mal əti idxal edib. Bu barədə AzFood-a Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, bu, illik müqayisədə 1 972 ton və yaxud 4,7 dəfə çoxdur. Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,1 milyon ABŞ dolları olan 1 […]

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. “Report” bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir. Məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə pambıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Hazırda pambıq Azərbaycanın əksər rayonlarında, xüsusilə Aran və Qarabağ bölgəsində […]

Fransanın 8 müxtəlif regionunda quş qripinə (H5N8) yoluxma faktları qeydə alınıb. AzFood xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma ev ördəkləri arasında müşahidə edilib. Bu səbəblə 2 milyon ördək məhv edilib. Rəsmilər 390 ferma təsərrüfatında quş qripinə yoluxma faktları aşkar edildiyini bildirib. Hazırda 45 bölgədə kənd təsərrüfatı obyektlərində karantin elan […]

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AzFood-a bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay […]

Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq. Bu barədə AzFood-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər. Birinci halda […]

Dələduzluq etməkdə şübhəli bilinən şəxsləri polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzFood-a verilən məlumata görə, Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb. Gəncə […]

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq. AzFood “Rosselxoznadzor”un saytına istinadən xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul […]

2020-ci ildə 100,3 min hektar sahədə pambıq, 11 min hektar sahədə dən üçün günəbaxan, 5 min hektar sahədə şəkər çuğunduru və 3,1 min hektar sahədə tütün əkilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dənlilərin və dənli paxlalı bitkilərin tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Ötən il istehsal olunmuş […]