“Virusdan sağalanlar və reabilitasiya keçənlərlə mütəmadi ünsiyyətdən sonra deyə bilərəm ki, istənilən koronavirus keçirmiş şəxs azı 10 il qocalır. Hələ elə adam var, 20 il. Bu orqanizmin virusla müharibədən sonrakı vəziyyətidir”. Gent.az xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi, professor Sergey Nedoqoda bildirib. Xəstəliyi keçirib, ambulator və ya stasionarda 14-21 […]

Rusiyalı həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin yazda koronavirusun yeni dalğasının olma ehtimalını qiymətləndirib. Bu barədə o “Veçernyaya Moskva”ya müsahibə verib. Onun sözlərinə görə, indi “yavaşlayan” faza başlayıb, yoluxma sayı yavaş tempdə artır. Rusiyalı mütəxəssis insanların vaxtlarının əsas hissəsini evdən kənarda keçirəcəyi bahar fəslində yoluxma səviyyəsinin qalxacağını istisna etməyib. O […]

Azərbaycanda koronavirus infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min […]

Koronavirus peyvəndini vurdurduqdan azı üç ay sonra hamilə qalmaq olar. “Komsomolskaya Pravda”nın məlumatına görə, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb. Onun sözlərinə görə, bu müddət ərzində kişilərin də sperma donoru olması qadağandır. Ekspert bildirib ki, belə tövsiyələr bütün dünyada səhiyyə […]

Kioto Tibb Universitetinin alimləri qara çayın insan tüpürcəyindəki koronavirusu on saniyədə təsirsiz hala gətirə biləcəyini iddia edib. Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri “bioRxiv” vebsaytında dərc olunub. İçkinin bu qabiliyyəti çay yarpaqlarında olan katexinlərin antioksidant tərkibi ilə əlaqələndirilib. Çay növündən asılı olaraq onlar fərqlənən digər bioloji aktiv birləşmələr meydana gətirirlər. […]

Təmiz hava yeni növ koronavirusa yoluxma riskini azaltmağa imkan verir. AzFood Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə həkim allerqoloq-immunoloq Vladimir Bolibok bildirib. Ekspert havanın təmizliyinin bədənin COVID-19 da daxil olmaqla, viral infeksiyalara həssaslığına təsir etdiyini söyləyib. “Buna görə də koronavirusa yoluxma riskini azaltmaq üçün gün boyu, o cümlədən yatarkən […]

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda dünyada koronavirus peyvəndinin yetərli olmadığı və virusun yayılmasına təsiri barədə natamam məlumat verildiyi üçün səyahət edənlərə peyvənd pasportlarının tətbiq edilməsini tövsiyə etmir. Bunu ÜST-n Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç “Rusiya-24” telekanalının efirində deyib. Onun sözlərinə görə, hələ peyvəndin praktik olaraq virusu keçirməyə nə dərəcədə mane […]

Bolqarıstanlı qadın COVID-19-a qarşı anticismləri olan uşaq dünyaya gətirib. Bu barədə Bolqarıstan Milli Radiosu (BNR) xəbər verir. Bildirilir ki, Pazarcik şəhərinin 28 yaşlı sakini hamiləlik zamanı hərarət və öskürəklə xəstəxanaya yerləşdirilib. Analizlər onun koronavirusa yoluxduğunu göstərib. Virus plasentada dəyişikliklərə səbəb olduğu və dölün inkişafını ləngitdiyindən həkimlərin qərarı ilə qadın qeysəriyyə əməliyyatı […]

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 598 nəfərdir. Ötən […]

Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. AzFood xəbər verir ki, peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun […]