Hazırda dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və […]

İşğaldan azad olunmuş ərazilərimizin bərpası, eləcə də iqtisadi inkişafı daxili bazarda yerli məhsulların bolluğuna səbəb olacaq. AzFood bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir: “Həmin ərzailərimiz həm əkinçilik, həm də heyvandarlığın inkişafı baxımından üstünlüyə malikdir. Xüsusilə nəzərə […]

Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, aabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti […]

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzFood-a verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub. Onlar Polis Şöbəsinə dəvət […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında fiziki şəxs Ağayev Bəşir Ələsgər oğluna məxsus pendir və yağ istehsalı müəssisəsinə baxış keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi […]

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. “Report” bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir. Məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə pambıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Hazırda pambıq Azərbaycanın əksər rayonlarında, xüsusilə Aran və Qarabağ bölgəsində […]

Dələduzluq etməkdə şübhəli bilinən şəxsləri polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzFood-a verilən məlumata görə, Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb. Gəncə […]

Ağacları kəsən şəxslər cəzalandırılacaq Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov AzFood-a bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub. O […]

Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır. AzFood xəbər verir ki, bu barədə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib. O, qeyd edib […]

Azərbaycanda koronavirus infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min […]