Bəzi qidalar var ki, insanlar onları yedikdə mədədə qalır və bu, boğulma riski ilə nəticələnə bilər. Belə hallarda sağlamlıq üçün ciddi təhlükə yaranır, həyatını itirmə ehtimalı isə nəzərəçarpacaq dərəcədə artır. Xüsusilə də uşaqlar və yaşlı insanlar belə qidaları diqqətlə qəbul etməli, hər zaman ehtiyatlı olmalıdırlar. Bu, sadəcə mədədə narahatlıq deyil, həm də həyati risk daşıyan bir məsələdir.

Bu barədə həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib: “Belə hallarda ilk yardım bütün müəssisə və təşkilatlarda işləyən insanlara öyrədilməlidir. ABŞ, Türkiyə və bir neçə inkişaf etmiş ölkədə bu praktika mövcuddur. Bu manevr “Heymlik manevri” adlanır”.
Həkim, həmçinin, qeyd edib ki, belə hadisələr zamanı xəstənin qarnından sıxaraq, kürəyinə vuraraq və başını aşağı saxlayaraq yad cismin çıxmasına şərait yaradılır:
“Belin arxa nahiyəsindən vurmaqla manevr davam etdirilir. Təcili yardım çağırmaq gözləmək yerinə, manevri bacarmaq vacibdir. Manevrin taktikası uşaqlarda və böyüklərdə fərqlidir”.

