Paytaxtda fəaliyyət göstərən “Coffeelea” məkanı sosial şəbəkədə müzakirələrə səbəb olub. Vətəndaşlardan biri son səfərində orada səhər yeməyi setindən narazı qaldığını bildirib.
AzFood bildirir ki, onun sözlərinə görə, məkan barədə əvvəldən çoxlu müsbət rəylər eşitsə də, şəxsi təcrübəsi gözləntilərini doğrultmayıb. Müəllif qeyd edib ki, xidmət səviyyəsi və təqdim olunan yeməklər onu qane etməyib. Yalnız qəhvələrin nisbətən yaxşı olduğunu vurğulayıb. O, həmçinin məkanın aurasını mənfi qiymətləndirib və qiymətlərin həddindən artıq baha olduğunu bildirib.
Paylaşımın şərh bölməsində digər istifadəçilər də oxşar fikirlər səsləndiriblər. Nicat Məmmədzadə həmin məkanda olduğunu və eyni vəziyyətlə qarşılaşdığını yazıb.
Ayxan Hacılı da deyilənləri təsdiqləyərək narazılığa qatıldığını bildirib. Məkanı tərifləyənləri anlamaqda çətinlik çəkdiyini yazıb.
Bəzi istifadəçilər “adı var sadəcə” sözləri ilə obyektin imicinin real xidmət səviyyəsi ilə üst-üstə düşmədiyini iddia edib.
Müzakirəyə qoşulanlardan biri bildirib ki, tanışı həmin məkanda çalışıb və yaxın zamanda işdən ayrılıb. Onun sözlərinə görə, daxildə vəziyyət göründüyü kimi deyil və “hər şey sadəcə görüntüdür”.
Bununla yanaşı, bütün rəylər mənfi olmayıb. İstifadəçilərdən biri məkanı sevdiyini qeyd edib. “Coffeelea” tərəfindən səsləndirilən iddialarla bağlı rəsmi açıqlamanı dərc etməyə hazırıq.

