Qida xəbərləriRedaktorun seçimi

Alimlər beyinə zərər vuran qidaları açıqladı

Alimlər beyinə zərər vuran qidaları açıqladı

Tədqiqatçılar qidalanma vərdişləri ilə nevroloji xəstəliklər arasında birbaşa əlaqə olduğunu bildirirlər. AzFood xəbər verir ki, Rusiyanın Seçenov Universiteti alimlərinin apardığı genişmiqyaslı araşdırmada rasionun keyfiyyətinin depressiya, miqren, Parkinson və demensiya kimi xəstəliklərin yaranma riskinə ciddi təsir göstərdiyi vurğulanıb.

Universitetin Sinir xəstəlikləri kafedrasının müdiri, professor Aleksey Danilov bildirib ki, düzgün seçilməmiş qidalar və balanssız pəhriz beyin hüceyrələrinin fəaliyyətini zəiflədir. Onun sözlərinə görə, bəzi maddələrin çatışmazlığı və ya əksinə, həddindən artıq qəbulu uzunmüddətli perspektivdə neyrodegenerativ prosesləri sürətləndirə bilər.

https://www.eatingwell.com/thmb/7cHxyYJme47gGuplo3Z3fep95FY%3D/1500x0/filters%3Ano_upscale%28%29%3Amax_bytes%28150000%29%3Astrip_icc%28%29/5544320-04f567e988ce416dadc24ba38716147d.jpg

70 min nəfərin iştirakı ilə aparılan müşahidələr göstərib ki, əsas risk qrupu ultraemal olunmuş məhsullardır. Fastfud, çipslər, hazır əriştə, şirin qazlı içkilər, kolbasa və sosislər, dondurulmuş yarımfabrikatlar, marqarin və tərkibində əlavə şəkər olan şirniyyatlar beyin sağlamlığı üçün təhlükəli hesab edilir.

Mütəxəssislər bildirirlər ki, bu məhsullar hüceyrələrin “enerji stansiyaları” sayılan mitoxondrilərin fəaliyyətini pozur. Nəticədə oksidləşdirici stress artır, neyroiltihab prosesi güclənir və bu hallar xüsusilə Alzheimer xəstəliyi və xroniki depressiya riskini yüksəldir.

Alimlər sağlam beyin üçün alternativ qidaların da siyahısını açıqlayıblar.

https://assets.bonappetit.com/photos/57acaeae1b33404414975127/1%3A1/w_2560%2Cc_limit/summer-greens-with-mustardy-potatoes-and-six-minute-egg.jpg

Onların fikrincə, yağlı balıq və dəniz məhsulları, yumurta, paxlalılar, qaraciyər kimi orqan ətləri, yarpaqlı göyərti, tərəvəz və tam taxıllar neyronların fəaliyyətini dəstəkləyir. Bu qidalar omeqa-3 yağ turşuları, B qrupu vitaminləri və antioksidantlarla zəngindir ki, bu da beynin qoruyucu mexanizmlərini gücləndirir.

Mütəxəssislər vurğulayırlar ki, sağlam qocalmanın əsas şərtlərindən biri düzgün qidalanmadır. Rasionda təbii və az emal olunmuş məhsullara üstünlük verilməsi həm zehni performansı qoruyur, həm də gələcəkdə yaranacaq nevroloji problemlərin qarşısını almağa kömək edir.

https://assets.bonappetit.com/photos/5c350764f212512d0e6cef89/1%3A1/w_2560%2Cc_limit/20181107%2520FAST%2520CASUAL%2520YOLA24659.jpg

Oxşar xəbərlər