Həkim məsləhəti

İftardan sonra saqqız çeynəməyin 5 faydası

İftardan sonra saqqız çeynəməyin 5 faydası

Gün boyu boş qalan mədəyə iftarda birdən-birə çox yemək qəbul etmək köp və həzm pozğunluğu kimi problemlərə səbəb olur. Mütəxəssislər bildirirlər ki, iftardan sonra bir ədəd şəkərsiz saqqız çeynəmək həm həzmə, həm də ağız sağlamlığına müsbət təsir göstərir.

Ölkə.az iftardan sonra saqqız çeynəməyin faydalarını təqdim edir:

1. Həzmi sürətləndirir:
Saqqız çeynəmək tüpürcək ifrazını artırır. Tüpürcəkdə olan həzm fermentləri iftarda yeyilən qidaların daha tez parçalanmasına kömək edir və mədəni rahatladır.

2. Reflüks və mədə yanmasının qarşısını alır:
Artan tüpürcək ifrazı qida borusuna keçən mədə turşusunu neytrallaşdırır. Xüsusilə ağır yeməklərdən sonra yaranan mədə yanmasını azaltmaq üçün təsirli üsuldur.

3. Köpü azaldır:
Bağırsaq hərəkətlərini dolayı yolla stimullaşdıraraq həzm sisteminin aktivləşməsinə kömək edir. Bu da iftardan sonra yaranan “daş kimi mədə” hissinin daha tez keçməsinə şərait yaradır.

4. Ağız quruluğunu və qoxunu aradan qaldırır:
Gün boyu susuz qalmaq tüpürcək miqdarını azaldır və bu da ağız quruluğuna və bakteriyaların artmasına səbəb olur. İftardan sonra saqqız çeynəmək ağızdakı nəm balansını bərpa edir və nəfəsi təravətləndirir.

5. Artıq yemək istəyini azaldır:
İftardan sonra yaranan şirniyyat istəyi və ya lazımsız atıştırmaların qarşısını almağa kömək edir. Beyinə “yemək prosesi bitdi” siqnalı göndərərək toxluq hissini dəstəkləyir.

Vacib qeyd: Fayda əldə etmək üçün mütləq şəkərsiz və ya təbii damla saqqızlı məhsullara üstünlük verilməsi tövsiyə olunur.

Oxşar xəbərlər

Həkimdən xəbərdarlıq: Saçları isti su ilə yumayın

Orxan Ali

Anemiyanın səbəbləri və onunla mübarizə

Orxan Ali

Hər gün darçınlı süd içməyin faydaları

Səma Fərzəli