Image default

Pəhrizdə olanlar lavaş yeyə bilərmi? – Arıqlamaq istəyənlər nəzərə alsın

Adətən arıqlamaq istəyənlər çörəkdən tamamilə imtina edirlər. Bəs görəsən, elə çörək varmı ki, onu hətta pəhrizdə olanlar da kökəlməkdən qorxmadan yeyə bilsinlər?

Bu sualı diyetoloq Yana Labko cavablandırıb.

Onun sözlərinə görə, mayasız lavaş pəhriz saxlayanlar üçün ideal seçimdir. Gündə bir və ya iki kiçik pors yemək arıqlama prosesinə zərər verməyəcək.

Düzdür, lavaş kifayət qədər yüksək kalorili məhsuldur, lakin digər çörək növləri ilə müqayisədə çox vacib bir üstünlüyə malikdir. Bu, onun tərkibində həzm prosesinə mənfi təsir göstərən mayanın olmamasıdır.

Üstəlik, mayasız lavaş arıqlamaq üçün faydalı olan bəzi xüsusiyyətlərə də malikdir: mədə-bağırsaq traktına müsbət təsir göstərir və orqanizmə daxil olan qidaların yağa deyil, enerjiyə çevrilməsinə kömək edir.

Bir və ya iki yemək qəbulu zamanı kiçik bir parça mayasız lavaş yesəniz, daha enerjili olduğunuzu görəcəksiniz. Bu məhsul yorğunluq hiss etmədən sağlam həyat tərzi sürməyə, uzun gəzintilərə çıxmağa və idmanla məşğul olmağa kömək edir.

Lavaşın daha bir vacib xüsusiyyəti maddələr mübadiləsini sürətləndirməsidir. Arıqlamaq isə çox vaxt məhz bundan asılıdır.

Diyetoloq qeyd edib ki, lavaş həm də toxluq hissi verir və bu, insanı pəhrizi pozmaqdan qoruyur.

Related posts

What You Should Know About Raising Vegan Children

azfood.az

Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət olunmalıdır?

Əli Fərzəliyev

Çay zərərli ola bilər

Səma Fərzəli