Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

“Vektor” mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.

REN TV xəbər verir ki, bu barədə Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.

“Klinik tədqiqatlar göstərir ki, “EpiVacCorona” peyvəndi ilə immunizasiya olunan könüllülərin  100 faizində anticisimlər aşkar edilib” – deyə mərkəzdən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, “Vektor” peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.

Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər.

AzFood

Next Post

Heyvan rifahının qida təhlükəsizliyində rolu

Bz Noy 22 , 2020
Heyvan mənşəli məhsullar insanın qidasında xüsusi yer tutur. Heyvanların sağlam və gümrah olmaları keyfiyyətli ət və süd məhsulları əldə etməyə imkan verir. Heyvanların rifahının qorunması onların sağlamlığına təsir edən əsas amillərdən biridir. Heyvan gümrahdırsa, yaxşı qidalanırsa, təhlükəsizdirsə, davranışı məxsus olduğu növə xasdırsa, qorxmursa, ağrı və digər streslərə məruz qalmırsa, bu, […]
Heyvan rifahının qida təhlükəsizliyində rolu