Polietilen torbaların istifadəsi qadağan edilir

Polietilen torbaların istifadəsi qadağan edilir

Qalınlığı 15 mikrona  qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə  tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” Qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə təklif edilən müddəaların polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

AzFood

Next Post

Bu şəxslərə xurma yemək olmaz - Təhlükəsi

Şb Noy 21 , 2020
Yapon xurması adlanan, Azərbaycanda bol yetişən sarı xurma çox faydalı olsa da, bu mövsüm meyvəsi bir çox insanlara zərərlidir. Bəzi böyrək xəstəlikləri zamanı xurma yemək olımaz. Xurma təbii sidikqovucu olduğu üçün bədəndə artıq mayeni qovur və bu da böyrəkləri yükləyə bilər. Eləcə də qəbizlikdən əziyyət çəkənlər yeməməlidir. Xurmada olan tanin […]
Bu şəxslərə xurma yemək olmaz – Təhlükəsi