Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır?

Koronavirusa yoluxub sağalanlarda immunitet neçə müddət qalır?

COVID-19 xəstəsi olub sonradan sağalan şəxslərdə immunitet səkkiz ay və ya daha uzun müddət qala bilər.

AzFood xəbər verir ki, müvafiq araşdırma “bioRxiv” portalında dərc olunub.
ABŞ-dakı La Hoya İmmunologiya İnstitutunun mütəxəssisləri hələ pandemiyanın başlanğıcında koronavirusu yüngül formada keçirən 19-81 yaş arası 185 pasiyentdən bir neçə dəfə analiz götürüb. Alimlər immun sisteminin dörd komponentini – antikorları, ehtiyac olduqda daha çox antikor ifraz edən B-hüceyrələri və iki növ T-hüceyrəni təhlil ediblər.

Antikorların yoluxmadan 6-8 ay sonra da cüzi azalma ilə qaldığı aşkar edilib. Eyni zamanda T-hüceyrələr orqanizmdə çox aşağı sürətli çürüməyə məruz qalıb, B-hüceyrələrinin sayı isə gözləmədən artıb.

Daha əvvəl ABŞ və Kanadadan olan immunoloqlar COVID-19-un aşkar simptomları müşahidə edilən şəxslərdə koronavirusa qarşı antikorların azı üç ay orqanizmdə qaldığını müəyyənləşdirə bilmişdi. /medicina.az

AzFood

Next Post

IDEA “Bizim həyət” layihəsini gerçəkləşdirib

Şb Noy 21 , 2020
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində 700 nəfərə yaxın sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenilənmiş həyət Şirvan şəhəri Energetik küçəsi 9, leytenant Mahmud İbrahimov küçəsi 8 […]
IDEA “Bizim həyət” layihəsini gerçəkləşdirib