Heyvanı sobada bişirib yeyin – Orqanizmə inanılmaz FAYDALARI

Heyvanı sobada bişirib yeyin – Orqanizmə inanılmaz FAYDALARI

Heyva ən faydalı payız meyvələrindən biridir. Mütəxəssislərin sözlərinə görə, heyva ürək üçün əsl təbii dərmandır.

AzFood Food News-a istinadla bildirir ki, kaliumla zəngin olan heyva təzyiqi normallaşdırır, damarlarda olan gərginliyi və spazmaları azaldır və bununla da ürəyin işemik xəstəliyi, ürək tutması və insultun riskini azaldır.

Mütəxəssislər heyvanı çiy deyil, sobada bişirilmiş halda yeməyi tövsiyə edirlər.

Həmçinin alimlərin sözlərinə görə, C vitamini və flavonoidlərlə zəngin olan bu meyvə orqanizmdə iltihabları azaldır, immuniteti gücləndirir, hüceyrələri sərbəst radikalların mənfi təsirindən qoruyur.

AzFood

Next Post

Toya hazırlaşanlara VACİB XƏBƏR - QANUN DƏYİŞDİ

Şb Noy 21 , 2020
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilib. AzFood xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə nikaha daxil […]
Toya hazırlaşanlara VACİB XƏBƏR – QANUN DƏYİŞDİ