Xovlu məhrəbaları daha yumşaq etmək üçün səkkiz məsləhət

Xovlu məhrəbaları daha yumşaq etmək üçün səkkiz məsləhət

Bir neçə dəfə yuyulduqdan sonra məhrəbalar öz yumşaqlığını itirir və cod olur.

Məhrəbalar və hamam xalatlarının yumşaqlığını saxlamaq üçün bizim məsləhətlərimizdən istifadə edin:

1. Məhrəbaları və hamam xalatları yuduqda yuyucu tozlardan deyil, duru yuyucu vasitələrdən istifadə edin.

2. Bol suda yuyun və çox sıxmayın.

3. Heç vaxt qaynatmayın və yalnız açıq havada qurudun.

4. Yuduqdan sonra yarım saat ərzində duzlu suda saxlayın və sonra suya çəkin.

5. Məhrəbaları yuduqda paltaryuyan maşınına bir neçə kiçik top qoyun. Bu məhrəbaları daha yumşaq edəcək.

6. Xüsusi yumşaldan yaxalayıcılardan istifadə edin.

7. Məhrəbaları və hamam xalatları ütüləmək olmaz. Bu onları cod edir.

8. Çirkli məhrəbaları istifadə etdikdən dərhal sonra çirkli paltarlar yığdığınız səbətə atmayın. Bu məhrəbaları xarab edir. Əvvəl açıq havada qurudun.

Nərminə Novruzova

Next Post

Mal və qoyun əti bu halda xərçəng yaradır

Ca Okt 29 , 2020
Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların siyahısında yenidən şəkər və ət məhsulları liderdir.   Şəkərdən, mal və qoyun ətindən həddən artıq istifadə xərçəng xəstəliyinin inkişafı riskini artırır. AzFood Medicina.az-a istinadən xəbər verir ki, bunu Rusiyalı professor, tibb elmləri doktoru Konstantin Titov bildirib. Şəkərdən normadan artıq istifadə piylənməyə imkan yaradır. Bu […]
Mal və qoyun əti bu halda xərçəng yaradır